Azərbaycanda perspektivli gömrükçü gənclər yetişdirilir - Kunio Mikuriya

12:28 30.01.2022 Müəllif:Hafta.az
Yazını böyüt
Yazını kiçilt

Gömrük Akademiyasındakı tələbələrlə tanış olduğum zaman nə qədər parlaq və perspektivli gənclər olduğunu gördüm.

Hafta.az xəbər verir ki, bu barədə yanvarın 30-da Azərbaycan Dövlət Gömrük Komitəsində (DGK) Azərbaycan Respublikası gömrük orqanlarının yaradılmasının 30-cu ildönümü və gömrük əməkdaşlarının peşə bayramı gününə həsr olunmuş tədbirdə Ümumdünya Gömrük Təşkilatının Baş katibi Kunio Mikuriya deyib.

O bildirib ki, bu, gələcəyə və Azərbaycanda gömrük sahəsində aparılan islahatların daim uğurlu olacağına böyük ümidlər verir.